
Temperatur çoxaldıqca ürək və qan-damar xəstəliyindən əziyyət çəkənlərin səhhətində problemlər də artır. Yay girəndən analoji diaqnozla müraciət edənlərin sayı artıb. Buna görə də xüsusi risk qrupuna aid olan şəxslər özünü günün istisindən qorumalıdırlar. Ümumiyyətlə sağlam insanlarda günün isti vaxtları yəni günorta saat 12-dən, axşam saat 17-dək açıq günəş altında gəzməyi tövsiyyə olunmur.
Ilin bütün fəsillərində olduğu kimi, yay aylarında da ürək xəstəliklərindən əziyyət çəkənlər qida rasionuna diqqət yetirməlidirlər. Əks halda fəsadlar böyük ola bilər. Qəbul edilən maye də artırılmalıdır. Arterial təzyiqi yüksək olan şəxslər xüsusilə yay aylarında özlərinə nəzarəti gücləndirməlidirlər.
Şəhər sakinlərinin bir çoxları demək olar ki, isti hava şəraitində özlərini neçə qorumağın yollarını bilirlər.
Artıq çəkidən əziyyət çəkənlər, zərərli vərdişləri olan şəxslərin yay aylarında spirtli içki və siqaretdən uzaq olmaları məsləhətdir. Həmçinin, dəniz kənarında qızmar günəş altında uzun müddət qaldıqdan sonra dərhal dənizə daxil olmaq damarların spazmasına səbəb olur ki, bu da son nəticədə ürək və qan-damar xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Odur ki, çalışın özünüz-özünüzü qoruyun.