Sənin yoxluğun bizim üçün çox şeyi adiləşdirdi. Sənsizlik qədər böyük bir ağrını daddıq.
Gülüşünü itirməyən gözlərinin ilıq baxışları bizə indi əvvəlkindən daha doğma gəlir. Hər dəfə o doğma səsinə, çağrışına uşaq tək qaçırdiq.
Üzümüzü şəklinə söykəyirik. Alışıb-yanan içimiz, vucudumuz üşüyür, Zaur.
Səndən keçmiş zamanda danışmaq nə qədər çətindi...
Hər dəfə Sumqayita gələndə səni görmək necə xoşbəxt edirdi bizi, İndi isə sənin ziyarətinə gələciyik. O soyuq, qara daşdan baxıb həmişəki kimi gülümsəyəcəksən. Yolboyu məni ağladan sənsizliyinə üzündən təbəssüm qatırsan.Sənə baxıb ağlamağa utanıram. O təbəssümə göz yaşı qatmaq istəmirəm. Kənara çəkilib içimi, gözümü boşaldıram. Sənin sənsizliyinə dözməyən dostlarimin halına daha çox ağlayıram.
Gülüşünü itirməyən gözlərinin ilıq baxışları bizə indi əvvəlkindən daha doğma gəlir. Hər dəfə o doğma səsinə, çağrışına uşaq tək qaçırdiq.
Üzümüzü şəklinə söykəyirik. Alışıb-yanan içimiz, vucudumuz üşüyür, Zaur.
Səndən keçmiş zamanda danışmaq nə qədər çətindi...

Yoxluğun ömrümüzün dadını, həyatımızın sevincini qaçırtdı.
Ömründə kimsəni incitmədin. İndi bu susqun duruşun incidir bizi...
Sözə, səlis danışığa xüsusi onəm verərdin. İndi bu qədər danışdığıma, sorğularıma baxışınla cavab verirsən.
Dinmirsən. Sakitcə dayanıb dinləyirsən. Burada da könlümüzü qırmaq istəmirsən. Bizi qarşıladığın təbəssümlə yola salırsan.
Bizim əbədi təbəssümlü Zaurumuz...
Allah rəhmət etsin.Gəbri nurla dolsun
ОтветитьУдалить