среда, 25 марта 2015 г.

Как сохранить лицо после пилинга — советы по уходу за кожей

Какой бы метод пилинга вы для себя не выбрали, знайте — даже самая щадящая косметическая процедура приведет к повреждению поверхностных структур эпидермиса, срединные пилинги доберутся и до глубоких слоев дермы. Посему, дабы избежать нежелательных эффектов, после пилинга вы должны соблюдать все рекомендации косметолога и тщательно следить за процессом восстановления, ибо от этого зависит и итоговый результат процедуры, и красота вашей кожи.

Нормальная реакция

Чего ожидать сразу после пилинга? Кожа повреждена, поверхностный слой эпидермиса разрушен, а это ведет к активации естественных механизмов защиты, и в подкожных структурах повышается представительство иммунокомпетентных клеток; они выделяют гистамин, интерлейкины и другие медиаторы воспаления. В зоне воздействия развивается воспалительная реакция.
Отек и покраснение кожи являются совершенно нормальной реакцией организма на любой вид пилинга. Одновременно мы имеем дело с активной эксфолиацией эпидермальных клеток (шелушение) и истончением эпидермиса. В совокупности все эти эффекты способствуют дегидратации дермы — кожа становится сухой и порой «стягивается» настолько сильно, что даже мимика затруднена.
Если ваш косметолог остановил выбор на срединном пилинге (или глубоком), нужно настраиваться на ожог после химического пилинга. Ожидайте появления на коже тонкой однородной пленки, которая вскоре превратится в корочку. Удалять корочку не стоит, ибо сие чревато появлением шрамов и рубцов.

Уход после пилинга — общие правила

Итак, мы определили, что в норме должно быть после пилинга. Следующий вопрос — как уменьшить степень выраженности побочных эффектов? Несколько элементарных правил позволят вам сократить (или облегчить) восстановительный постпилинговый период.
1. Уход за кожей после пилинга предполагает применение косметических средств, обладающих противовоспалительным, защитным и увлажняющим действием; желательно, чтобы крема и гели содержали антиоксиданты. Сразу после пилинга косметологи рекомендуют пользоваться гелями и пенами, которые быстро впитываются и отлично увлажняют кожу, и лишь на 3-5 сутки вы можете переходить на крем после пилинга.
2. Старайтесь обеспечить коже предельно щадящий режим. На несколько дней откажитесь от косметики, не пользуйтесь скрабами (строгое табу!) и как можно реже притрагивайтесь к коже лица.
Интересный факт. Ученые подсчитали, что ежедневно каждый человек трогает свое лицо от двух до трех тысяч раз! Постарайтесь убрать этот раздражающий фактор.
3. Не пользуйтесь масками, приготовленными по совету сердобольной соседки. Да, уход за лицом после пилинга в ряде случаев требует применения масок, но только если вам вручит их после процедуры сам косметолог!
4. После пилинга в течение 2-3 месяцев нужно пользоваться средствами, защищающими от ультрафиолета. Не посещайте солярий, старайтесь не загорать на солнце (особенно в часы максимальной активности светила). Заодно следует отказаться на некоторое время от посещения бани и сауны, в бассейн тоже лучше не ходить.

Особенности ухода после глубокого пилинга

1. Наиболее радикальным методом борьбы с косметическими дефектами является феноловый пилинг. Ожог после пилинга сопровождается выраженным болевым синдромом, что требует применения обезболивающих препаратов. Кроме того, ожоговая болезнь сопряжена с риском инфицирования, так что не обойтись и без профилактического курса антибиотиков.
2. И феноловый пилинг, и пилинг трихлоруксусной кислотой проводится с помощью очень агрессивных химических агентов, а это приводит к еще одному ограничению — уход после химического пилинга предполагает исключение контакта поврежденной кожи с водой в течение двух суток после процедуры. Подобные рекомендации касаются и глубокого пилинга Джесснера.
3. Правила защиты от УФ тоже ужесточаются: после фенольного пилинга средствами с SPF 50 придется пользоваться пожизненно, после срединного ТСА пилинга — на протяжении первого полугодия.

Как избежать осложнений?

К наиболее распространенным нежелательным последствиям относятся рубцы, обострение угревой болезни и герпеса, появление очагов гиперпигментации после пилинга. Как с ними бороться?
В том случае, если герпетические высыпания на лице беспокоят васхотя бы один-два раза в год, следует принять превентивные меры, прежде чем сделать пилинг лица. До и после процедуры принимайте таблетированные противогерпетические препараты, а если вы пропустили подготовительный этап — используйте пульс-терапию в постпилинговом периоде.
Обострение угревой болезни, или прыщи после пилинга, беспокоят многих и считаются едва ли не нормальным явлением. Это не совсем так, и дабы воспрепятствовать их появлению, следует приобрести косметические средства, обладающие себостатическим и противовоспалительным действием. Если же прыщи уже появились, воспользуйтесь средствами, содержащими цинк, и антибактериальными препаратами местного действия. Чаще всего это осложнение встречается после механической чистки лица.
Не таким уж и редким осложнением является пигментация после пилинга. Долгое время причиной гиперпигментации называли действие УФ после процедуры, однако, недавно концепция изменилась. Появление очагов гиперпигментации связано с активной выработкой меланоцитостимулирующего фактора клетками кожи, которое спровоцировано воспалением. Наиболее часто данное осложнение встречается при лазерном пилинге и пилинге ТСА, а в качестве превентивных мер можно порекомендовать использование на подготовительной стадии средств с ретиноевой и койевой кислотой, а после пилинга поможет ацетилцистеин (банальный АЦЦ) и мощные антиоксиданты (витамин Е, селен и т.д.).

суббота, 21 марта 2015 г.

Yazın gəlməsilə oyanan xəstəliklər.

Yazın gəlməsi və havaların isinməsi təbiəti canlandırdığı kimi bir sıra xəstəliklərin də canlanmasına şərait yaradır.

Əsrin xəstəliyi

Baharın gəlişi ilə baş qaldıran xəstəliklər müxtəlif problemlərə yol açmaqla insanların özlərini narahat hiss etmələrinə yol açır. Gecələrin qısalması və günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişdirərək yuxu nizamına təsir edir. Yuxu nizamında baş verən dəyişikliklər isə orqanizmin yetərincə dincəlməməsinə, davamlı yorğunluğa, unutqanlığa və s. səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar hiss edirlər.

Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri "allergiya əsri" adlandırıblar. 
Havada uçuşan polen adlanan çiçək tozları yaz mövsümündə allergik xəstəliklərə səbəb olan ən önəmli amillərdir.Onun ən çox təsir etdiyi orqanizm isə insanların gözləridir. Mövsümlə bağlı allergiya nəticəsində gözdə qaşınma, qızarıqlıq və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Allergiya nəticəsində yaranan qaşınma bəzi adamlarda göz önündəki təbəqə olan korneanın quruluşunda pozulmalara səbəb olur ki, bunların da ən ciddisi isə görmə qabiliyyətinin pozulmasına yol açmasıdır. Nəticədə toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu da gözdə şişmə, qızarma, qaşıntı və sulanmaya səbəb olur

Qaşınma səbəbi ilə gözün davamlı olaraq əllərlə ovxalanması başqa infeksiyaların da yaranmasına səbəb olur. Bundan başqa, bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənbəli olmur, keçici və mikrobla bağlı olaraq yaranır. Həkim deyir ki, bu fəsildə insanlarda eyni zamanda davamlı asqırmalar, burun axıntısı, tıxanıqlıq müşahidə edilir. Bu tıxanıqlıqla bağlı insanlar burundan nəfəs ala bilmir və ağızdan nəfəs alırlar ki, bu zaman alınan nəfəs nəmləndirilmədən və isidilmədən ağciyərlərə çatdığından buna bağlı problemlər yaşanır. Beləliklə, nəticədə baş ağrısı, üzdə, alında ağrı, boğazda qıcıqlanma, yanma, davamlı udqunmağa ehtiyac olur. Astma xəstəsi olanlarda döş qəfəsində sıxılma, tıxanıqlıq, nəfəs alıb-vermədə çətinlik, xırıltılı tənəffüs və öskürək ola bilər. Yazda göz allergiyasından qorunmaq üçün evdə nəfəslik yerinə kondisionerdən istifadə daha məqsədəuyğundur. Çünki kondisionerlə xaricdəki tozların otağa birbaşa daxil olmasının qarşısı alınır. Tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə məsləhətdir, gözə əllə təmasdan mümkün olduqca uzaq durmaq lazımdır. Evdə toz alarkən belə yaş dəsmaldan istifadə edilməlidir.

Yorğun, halsız, yuxusuz və bədbəxt...

Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Yazın gəlməsiylə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanların özlərini davamlı halsız hiss etmələrini və yuxudan xilas ola bilmirlər.Yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır: 

"Bu vəziyyətlə qarşılaşmamaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir".

Yaz depressiyasının adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir,insanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur.
Əgər bu mövsümdə hansısa bir insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlığın və ya əksinə artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müracət etmək məsləhətdir. Çünki depressiya müalicə olunmadığı halda təkrarlama şansı arta bilər. Eyni zamanda həmin sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını da öyrənmək önəmlidir. Xüsusilə də ailədə psixoloji problemi olan başqa qohumlar varsa, daha diqqətli olmaq lazımdır.

Ümumiyyətlə, depressiyanı ciddi qarşılamaq lazımdir, bahar depressiyası psixoloji bir səbəbdən qaynaqlana biləcəyi kimi tiroid hormonların nizamsızlığından da yarana bilər.
Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez durmaq lazımdır. Hər gün eyni saatda yatıb-qalxmağa çalışmaq, daha aktiv olmaq, gündə bir neçə dəfə idmanla məşğul olmaq, avtomobil əvəzinə piyada getməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan “baharda hamı xoşbəxt ikən mən niyə beləyəm” demək əvəzinə “Həyatımda bir sıra müsbət və mənfi hadisələr olub, hamısı kimi bu da keçəcək” düşünmək özünü daha yaxşı hiss etməyə imkan yaradar

Uşaqların "xəstəlik mövsümü"

Yaz mövsümü ilə bağlı dəyişikliklərin uşaqlara da təsirsiz ötüşmür, bu mövsüm uşaqlar üçün “xəstəlik mövsümü” sayılır.Bu mövsümdə uşaqlarda artan əsas xəstəliklər allergiya və astmadır. Astma ilə bağlı xroniki öskürəklə yanaşı, suçiçəyi də müşahidə edilir. Həmçinin iltihablı göz axıntıları infeksiya əlaməti ola bilər. Eləcə də faringit, virusların səbəb olduğu tənəffüs yolu infeksiyaları, ishallara da çox rast gəlinir.

Bu aylarda havaların dəyişməsi, viruslara və polenlərə bağlı olaraq uşaqlara təsir edən xəstəliklər daha da çoxalır.İlk olaraq valideynlər uşaqları istiyə uyğun geyindirməli və tərləməkdən qorumalıdırlar. İnfeksiyalara qarşı sıx-sıx əllərini yumalıdırlar. Əgər valideyn zökəmə yoluxubsa, maska taxmalıdır. Uşaqların düzgün qidalanmasını təşkil etməlidir. Onlara çoxlu süd məhsulları yedirtməlidir. Gündə yarım saat günəşə çıxarıb gəzdirməlidir