понедельник, 7 марта 2016 г.

QADIN KİMDİR...

Qadın Müdafiəsizdir, Kişi kimi güclü deyil, məğlub olar ... Amma hər şeyini ürəyinin gücü ilə qazanar.
-Bir Qadın həyatdır əslində. Çünkü həyatın içində olan hər şey ancaq qadınlar olduğunda məna qazanır. Yemək yemək, su içmək belə. Bir qadının əlindən içdiyiniz suyla öz özünüzə stəkanı doldurub içdiyiniz su arasındakı ləzzət fərqini anlaya bilirsinizmi?

Nə Yazıq ki bu ölkədə 3 qadından 1-i şiddət görür.Və şiddətin böyük bir ehtimalı səbəbsiz göstəricilərdir ..
- Qadın, kişisindən aldığı '' X '' xromozomuyla qız uşağı doğur,şiddət görür. (Qadında yalnız X xromosomu vardır,kişidə isə X və Y xromosomu vardır. '' X '' qız '' Y '' kişi doğurmasına səbəb olur.) Yəni yenə kişinin etdiyi qadının səhvi görülür ..

-Qız uşağı satılır, gəlir əldə edilir..
- Qadın, atası yaşındakı adamla zorla evlənmək istəməz, sevdiyinə qaçar, öldürülür.
-Qadın Yalnız uşaq doğmaqda vəzifələndirilmiş və Kişilərə, kişinin ailəsinə xidmətetmək üçün  göndərilir.
-Qadın illərin əziyyətinə görə xəstə olur, çürüyər,ölür, yerinə Yeni qadın alınır
Bu mudur qadınlara bəxş edilən dünya?
Bir hədisi Şərifdə '' -Qadınlar Allahın sizə əmanətidir. '' Deyə buyurulmuşdur.
Qadın sevgidən, eşqdən, mərhəmətdən, vicdandan yaradılmışdır. Və qadın həqiqətən həyatdır.Bir uşağa ən yaxşı necə anası baxırsa, bir kişiyə də qadınıdır ən yaxşı baxan ..
Hara gedirik, Nədir bu güc nümayişinin ehtişamı?
Bir söz vardır;
qadın; kişinin qabırğasından
yaradıldı, ayaqlarından yaradılmadı ..!
elə olsaydı əzilərdi ......!
üstün olsun deyə başından da yaradılmadı ......!
AMMA SİNƏSİNDƏN YARADILDI ......
 Bərabər olsun deyə ......
qolun bir az altında ... Saxlayım deyə ...!
ÜRƏK xəttində .... Sevil DEYƏ!
Əslində daha da yazmaq istərdim amma bunu yekunlaşdıraraq bitirmək istəyirəm;
'' Qadına şiddət tətbiq edən kişi deyil ...!
Anlayırsınızsa nə xoşbəxt sizə. Anlamırsınızsa təəssüf ki yaşamırsınız.

Комментариев нет:

Отправить комментарий