Gənclər müstəqilliyin çatışmamazdığından, qocalar isə ölümün
yaxınlaşmasından əzab cəkirlər. lakin amerikan tədqiqatçıları hesab edirlər ki,
ən pis vəziyyət insanlarda yaş 40-ı ötdükdən sonra başlayır.
Əvvəlki tədqiqatlara görə belə hesab
edirdilər ki, insanın psixi sağlamlığı onun yaşından asılı deyildir.Lakin ABŞ
Dartmurt kollecinin və Uorvik Universitetitinin mütəxəssisləri bu müddianı
təksib etdilər. Onlar Amerika, Avropa və bir neçə inkişaf etmiş ölkələrdə 2
milyon respondent arasında sorğu keçirərək, psixi sağlamlıq sahəsində ən böyük
həcmli tədqiqatlardan birini apardılar.Nəticədə alimlər özünə məxsus
“xoşbəxtlik qrafiki” quraraq, burada özündən və öz həyatından razılıq
zirvəsinin gənclik və gocalıqda olmasını, orta yaşın isə ən uğursuz və bədbaxt
olduğunu göstərdilər.

- Belə bir hal məntiqə uygun olardı ki,
insan qocaliğı və ölümü nə qədər çox hiss edirsə, bir o qədər özünü bədbəxt
hesab edir. Lakin tədqiqatların müəlliflərindən biri olan professor Endryu
Osvald söyləyir ki, bu tamamilə əksinədir
- Orta yaşlı insanlar depressiyaya daha
çox meylli olub, qoca insanlara nisbətən özlərini qat-qat az xoşbəxt hesab
edirlər. Bunun səbəbi bizim üçün çox müəmmalıdır, lakin tədqiqat nəticəsində
alınan sübütlara heç bir şübhə ola bilməz.
Hal-hazırda mütəxəssislərin bu
“krizisin” əmələ gəlmə səbəblərinə bir neçə fərziyələri vardır. Bunlardan
birinə görə, gənc yaşlarda insanın çoxlu arzu və təşşəbüsləri olur və bunların
gələcəkdə tamamilə həyata keçəcəyi güman edilir. Lakin yaşlaşdıqca biz məyus
oluruq, əlimiz işdən soyuyur və dəyərlərə yenidən baxmalı oluruq.
- Heç da hamı estrada ulduzu və ya
məhşur futbolçu olmur, - Osvald öz şərhində söyləyir. – 30-40 yaşlarında elə
bil ki, realliq bütün problemləri ilə birlikdə bizim “üzərimizə tökülür”. Lakin
qocalıqda biz həyat həqiqətləri ilə barışmağı öyrənirik və buna görə də özümüzü
rahat hiss edirik.
Digər fərziyəyə görə, xoşbəxt insanlar
çox yaşayır. Başqa sözlə qoca yaşlarına qədər həyatdan narazılar yox, həzz
almağı bacaranlar yaşayır. Digərləri isə 40 yaşında depressiyaya düşür və 50-60
yaşlarında vəfat edirlər. Digər fərziyəyə görə isə qocalıqda insan həyatı necə
var ele də qəbul edib qiymətləndirir, çünki dostlarının və yaxınlarının həyatı
tərk etdiklərini görür.
- Osvald deyir ki, ümüd edirik ki, bizim
tədqiqatlarımız gələcəkdə bu fenomenin öyrənilməsi üçün bir təkan olacaqdır.
Əgər insanlar başa düşsələr ki, onların depressiyaları və çətinlikləri yaşla
əlaqədar normal haldır, yəgin ki, onda onlar bu krizisi qat-qat asan keçirələr.
Комментариев нет:
Отправить комментарий