воскресенье, 28 февраля 2016 г.

Uşaqlarınızı qripdən qoruyun



“Hazırda uşaqlar arasında qrip infeksiyası yayılıb. Hər il bu vaxt uşaqlar arasında belə problemlər yaşanır”. 
Bunları Ailem.az-a açıqlamasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dossenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva bildirib. Onun sözlərinə görə, son vaxtlar yayılan qripin əlamətləri yüksək hərarət və yalançı inaqdır. Yalançı inaq isə boğulma ilə müşayət olunan öskürəkdir. 
 S.Vəliyeva uşaqları xəstə olan valideynlərə bəzi məsləhətlərini verib. Pediatr hərarəti salmaq üçün paracetamol dərmanından istifadəni düzgün hesab etmir:  “Uşağın hərarətinə uyğun hərəkət etmək lazımdır. Əgər 38 yarımadək qızdırma varsa və uşaq sudurqaya meylli deyilsə, hərərəti salmaq lazım deyil.  Hərarət 38 yarımdan yuxarı qalxırsa və uşağın vəziyyətində müəyyən dəyişikliklər müşahidə edilirsə, o zaman hökmən tədbir görmək  lazımdır. Hərarəti salmaq üçün apteklərdə müxtəlif  siroplar var. Analar paracetamoldan istifadə etməsələr, yaxşıdır. Çünki bu dərman qaraciyər üçün zərərlidir. Hərarəti salmaq üçün xususi şamlardan da istifadə etmək olar. Mən də şahidi oluram, valideynlər həkimdən tələb edirlər ki, uşağa antibiotik iynələr yazsın. Amma antibiotiklərdən də hər zaman istifadə edilməməlidir. Virus infeksiyasında onlardan istifadə olunmur”.  
 
S.Vəliyeva qripdən qorunmaq yollarından da danışıb. Onun sözlərinə görə, bu məqsədlə bir sıra dərman preparatlarından istifadə etmək olar: “Qripin qarşısını almaq üçün əvəllər daha çox oksalin mazından istifadə edilirdi. Amma indi daha effektli müasir dərmanlar var. Məsələn, Armalut adlı təbii bitki tərkibli bir sirop var. Bu sirop immuniteti artirir. Ondan həm profilaktika, həm də müalicə üçün istifadə etmək olar.
Pediatr xəstə uşağın qidalanmasına da diqqət göstərilməsini vacib sayır. O bildirib ki, belə vaxtlarda uşağa ət və xəmir xörəkləri yedirtmək düzgün deyil: “Bir də görürsən ana toyuq şorbası, ya da hansısa xəmir xörəyi bişirib və uşağı yeməyə məcbur dir. Bunlar ağır qidalardır. Daha yaxşı olardı ki, xəstəyə tvoroq, dovğa, Azərbaycanın yağsız çəkmə plovundan verilsin. Özü də  uşağı yeməyə məcbur etmək olmaz, yemirsə, narahat olmayın. Əsas odur ki, uşaq maye içsin. Evdə hazırlanan meyvə kompotları çox faydalıdır. Qaytarmağa meylli uşaqlara isə udum-udum qazsız mineral su vermək olar.  Bədənin suya olan təlabatı mütləq ödənilməlidir”.
 Pediatr profilaktika və müalicə üçün təkcə dərmanlardan istifadəni düzgün hesab etmir. O qeyd edir ki, bunlarla yanaşı bədənin immunitetini də yüksəltmək lazımdır: “Bunun üçün əsas üç şərt var. Birincisi, normal yuxu rejimidir. Gecə saat 2-də yatıb səhər 7-də durub məktəbə gedən uşaqda immunitet ola biməz. Uşaqların normal yuxu rejiminə əməl etmək lazımdır. İkinci şərt saglam qidadır. Uşaq hökmən evdə bişirilən yeməklərlə qidalanmalıdır. Daha çox sulu xörəklərə üstünlük verilməlidir. Yaxşı olardı ki, uşaqlar meyvəni dişləyərək yesinlər, şirələr isə daha çox tərəvəzlərdən çəkilsin. Kolbasa, sosiska kimi qidalardan çəkinmək lazımdır. Üçüncü şərt isə idmandır. 5 yaşdan sonra uşaqları idmana göndərmək olar. İdman edərkən ürək, qan dövranı və beyin damarları hərəkətdə olur və immunitet yüksəlir”.

Комментариев нет:

Отправить комментарий