среда, 9 марта 2016 г.

Gerçək Bir Dost Necə Olmalı?

25 DEKABR 2010-cu ildə Britaniyada yaşayan 42 yaşındakı bir qadın, tanınmış bir sosial şəbəkədəki səhifəsində bir intihar qeydi paylaşdı. Əslində yazdıqlarına baxılsa qadın naəlaclıqdan kömək istəyirdi. Şəbəkədəki mindən çox "yoldaşı" o sırada Online Olmuşdu, lakin biri belə köməyinə gəlməmiş. Polis qadının cansız bədənini bir gün sonra tapdı. Qadın həddindən artıq dozada dərman içmişdi.

Hal-hazırda müasir texnologiya sayəsində, yalnız adam siyahımıza adını əlavə etməklə yüzlərlə, hətta minlərlə internet "yoldaşına" sahib ola bilirik. Və bu "yoldaşlıqlardan" birinə son vermək istədikdə adamın adını siyahıdan silməmiz kafi. Ancaq Britanya'daki qadının yaşadığı acı hadisə çaşdırıcı bir gerçəyə diqqət çəkir: Bir çox adam gerçək yoldaşlıqlar qura bilmir. Son zamanlarda edilən bir araşdırma, gedərək sosyallaşmamiza baxmayaraq gerçək dostlarımızın sayının azaldığını göstərdi.

Çox insan kimi siz də gerçək dostlara sahib olmanın əhəmiyyətli olduğunu hər halda qəbul edirsiniz. Ayrıca böyük ehtimalla sizin üçün də yoldaşlıq, kompüter ya da telefonda bir şeylər tıklamaktan daha çox mənasını verir. Yaxşı bir yoldaşdan nə gözləyərsiniz? Siz necə yaxşı bir yoldaş ola bilərsiniz? Yıxılmayan dostluqlar qurmanın sirri nədir?

İndi bu mövzuda sizə kömək edəcək dörd qanunu və başqalarının yoldaşlıq etmək istəyəcəyi biri olmanıza necə kömək edə biləcəyini görək.

1. İçdən Bir maraq göstərin
Gerçək dostluqlar bağlılıq tələb edir. Başqa sözlərlə yaxşı bir dost sizə qarşı məsuliyyət hiss edər və sizinlə həqiqətən maraqlanar. Əlbəttə belə bir bağlılıq iki istiqamətlidir; hər iki tərəf də səy göstərməli və fədakarlıqda olmalıdır. Ancaq nəticədə əldə edəcəklərinin xərcləyəcəyiniz səyə dəyər. Özünüzdən bunu soruşun: Dostum üçün fədakarlıq etməyə, zamanımı və imkanlarımı istifadə etmək istəyərəmmi ? Unutmayın, gerçək bir dosta sahib olmaq üçün əvvəl siz gerçək bir dost olmalısınız.

DOSTLUQ HAQQINDA NƏ DEDİLƏR?
Zaur Rzayev: "Eynilə gözəl bir bağça yaratmaq kimi dostluq qurmaq da çox zaman və maraq istər. İşə özünüz yaxşı bir dost olmağı istəyərək başlayın. Başqalarına yaxşılıq etməkdə və fərdi maraq göstərməkdə comərd olun. İnsanlar sizə ehtiyac duyduğunda zamanınızı sevə sevə verin. "

2. Əlaqə Mövzusunda özünüzü inkişaf etdirin
Gerçək bir dostluq nizamlı ünsiyyət olmadan güçlənəməz. Bu səbəbdən ortaq maraq sahələriniz haqqında söhbət edin. Yoldaşınız bir şey demək istədikdə onu dinləyin və düşüncələrinə hörmət göstərin. Fürsət tapdıqca onu tərifləyin və təşviq edin. Zaman zaman yoldaşınıza öyüd verməyiniz, hətta səhvlərini düzəltmək lazım gələ bilər və bunu etmək heç də asan olmaya bilər. Ancaq vəfalı bir dost, yoldaşının ciddi səhvini fərq etməsini təmin etrməli və onu qırmadan yol göstərmək üçün çalışar.

DOSTLUQ HAQQINDA NƏ DEDİLƏR?
Vüqar Cəfərov : "Gerçək bir dost fikirlərini rahatca söyləyə bilməli, ancaq sən eyni fikirdə deyilsənsə sinirlənməməli."
Aslan Səfərov: "Ən qiymətli yoldaşlarım, mənimlə vaxt keçirməyə və məni dinləməyə istəkli olanlardır, xüsusilə də problemlərim olduğunda."
Üzeyir Həsənov: "Gerçək dostlar, sizi üzəcəyini bilsə də doğruları söyləyər; çünki onlar sizin üçün hər zaman ən yaxşısını istəyir. "


 3. Həqiqi Gözləmələriniz Olsun
Bir dostumuzla yaxınlaşdıqca böyük ehtimalla daha çox səhvini görərik. Yoldaşlarımız mükəmməl deyil, amma biz də deyilik. Bu səbəblə yoldaş olduğumuz insanlardan qüsursuzluq gözləmək və ya tələb etmək səhv olar. Tam tərsinə onların gözəl xüsusiyyətlərinə dəyər vermək və səhvlərini görməməzlikdən gəlmək yaxşı olacaq.

DOSTLUQ HAQQINDA NƏ DEDİLƏR?
Kamil Bayramov: "Ümumiyyətlə başqaları ilə əlaqədar gözləmələrimiz, özümüzlə əlaqədar gözləmələrimizdən daha yüksəkdir. Öz səhvlərimizin fərqində olsaq və bizim də bağışlanmağa ehtiyacımız olduğunu unutmazsaq, başqalarını bağışlamağa daha istəkli olarıq. "
Hikmət Rzasoy: "Dostlarınızın səhvlər edəcəyi gerçəyini qəbul edin. Problemlər çıxdığında dərhal həll etməyə çalışın və unutmaq üçün əlinizdən gələni edin. "


 4. Dostluq Ətrafınızı genişlədin
Yoldaşlıqlar mövzusunda seçici olmamız lazım olduğu doğrudur. Ancaq bu, yoldaşlarımızı müəyyən bir yaş qrupundan və ya təhsil səviyyəsindən insanlarla məhdudlaşdırmaq mənasını verməz. Fərqli yaşlardan, mədəniyyətlərdən və millətlərdən insanlara maraq göstərmək həyatımızı zənginləşdirə bilər.

DOSTLUQ HAQQINDA NƏ DEDİLƏR?
Ramil Həşimov: "Yalnız sizinlə eyni yaşda olan və eyni şeylərdən zövq alan insanlarla yoldaş olmaq, hər gün yalnız ən sevdiyiniz rəngdə geyimlər geyməyə bənzər. O rəngi nə qədər sevsəniz sevin, bir gün gələr bezərsiniz. "
Hacı Məsimov: "Dostluq ətrafımı genişləndirmək, fərdi olaraq yetginləşməmə fürsət verdi. Hər yaşdan və mədəniyyətdən olan insanla ünsiyyət qurmağı öyrəndim"


1 комментарий:

  1. Dostluq dar gündə tanınar. Dildə dostluq asan olduğu halda , həyatda asan deyil. Dost həqiqətdə sənin uğuruna sevinən, probleminə gücü çatdığı qədər yardım edəndir. Dost həyatda az tapılan bir nemətdir. Əsil dostun varsa xoşbəxt və güclü insansan.

    ОтветитьУдалить