Son vaxtlar geniş yayılan boğaz xəstəliyi
Son zamanlar uşaqlar arasında infeksiyon xəstəliklərin sayi artib,xüsusən temperaturla müşahidə olunan infeksiyon xəstəliklərdən biri də skarlatinadır.
Skarlatina - kəskin streptokok xəstəliyidir,kəskin havadamci infeksiyasi olub,yüksək hərarət,angina,nöqtəvi xirda səpkilərlə müşahidə olunur.Xəstəlik ən çox 10 yaşa qədər uşaqlarda olur.Xəstələnmə halı payiz-qiş aylarında daha da yüksəlir.Xəstəliyin törədicisi beta-hemolitik streptokoklarin A-qrupudur.Xəstəliyin inkubasiya dövrü orta hesabla 2 gündən 7 günə qədərdir.Yuxarı boyun linfa vəzləri böyüyür və ağrili olur.Xəstəliyin 1-ci,bəzən 2-ci günü bütün dəri səthində kəskin çəhrayı fonda qırmızı ,nöqtəvi səpgilər əmələ gəlir.Səpgilər bəzən güclü qaşınma verir.Səpgilər ən çox gövdədə və dəri büküşlərində olur.Təkce burun-dodaq ücbucağında səpgilər olmur. Titrətmə, 38-40°C-yə qədər temperaturla başlayır, boğazda ağrı olur, xəstə dəfələrlə qusur; xəstəliyin ilk günləri boyunun və döşün dərisində açıq çəhrayı, xırda nöqtələr şəklində səpgilər əmələ gəlir, sonra səpgilər gövdəyə və ətraflara keçir, dəri büküşlərində çox olur. Yanaqlar qıpqırmızı olur, burunda səpgilər olmur, dodağın və alt çənənin dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur (Filatov simptomu). Səpgi azacıq qalxıb dəriyə kələ-kötürlük verir. Temperatur qaydaya düşdükdən 2-8-ci gündən etibarən dəri qabıq verməyə başlayır. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, kataral, follikulyar və ya lakunar tonzillit əmələ gəlir. Gedişinə görə xəstəlik yüngül,orta ağır və ağır formada müşahidə olunur.Yüngül forma zamanı xəstələr ev şəraitində müalicə olunur.Xəstəyə gigiyena-dietik tədbirlər təyin olunur.Xəstəyə yataq rejmi təyin edilməklə,antibiyotik və vitaminlər verilməlidir
Müalicəsi - antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar vermək. Xəstələrə qulluq etdikdə ağız boşluğunu təmizləmək vacibdir, hər dəfə yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır, burunu vazelin yağı ilə isladılmış pambıqla selikdən və qartmaqdan təmizləyir, qulaqların təmizliyinə fikir verirlər. Dəri qabıq verdikdə qaşınma olduğu üçün xəstələrin dırnağını dibdən tutmaq lazımdır ki, dırnaq yarası əmələ gəlməsin, bu zaman gigiyenik vannaların faydası olur (xəstəni vannada tək qoymaq olmaz!). Ancaq rezin və plastik kütlədən hazırlanmış oyuncaqlara icazə verilir, çünki bunları da qab-qacaq kimi hər gün qaynatmaq lazımdır.
Undeniably believe that which you said. Your favorite justification seemed to be on the internet the easiest thing to be aware of. I say to you, I definitely get annoyed while people consider worries that they plainly don't know about. You managed to hit the nail upon the top as well as defined out the whole thing without having side-effects, people could take a signal. Will probably be back to get more. Thanks
ОтветитьУдалитьranjang pasien