среда, 20 ноября 2013 г.

Sevgi və Şəfqət Görən Uşağın genləri də Sağlam

Prof. Dr. Herken  indiyə qədər " genlərdə var olanlar dəyişməz , var olan şey mütləq şəkildə ortaya çıxar və maneə törədilə bilməz " olaraq bilinənlərin , indiki vaxtda gəlinən nöqtədə doğru olmadığının  söylədi.
Bu mövzuda Avropa ölkələrində siçanlar üzərində təcrübələr edildiyini və balalarına yaxşı baxanların kortizol səviyyələrinin stressə məruz qalanda yüksəldiyi nəticəsinə gəlindiyini bildirən Herken , bunları söylədi:
"Yaxşı baxan anaya pis baxılan bala , pis baxan anaya yaxşı baxılan bala verilir. Doğumdan 12 saat sonra dəyişdirilir. Bir gün sonra yaxşı baxılan, stressi, kortizolu aşağı olan siçanlar  pis baxan anaya verildiyində kortizol səviyyələri yüksəlmiş olur.Digər  siçanlar balaları üçün isə tam tərsi olduğu görülür. Buradan ana atanın yaxşı baxımının uşağın stress səviyyəsini saldığını anlaya bilirik, ana və ata tərəfindən yaxşı baxılan , şəfqət görən uşağın gen dəyişikliyi sürəti düşür. "

"Xarici faktorlar genlər üzərində təsirli "

Pis bəslənmə , ailə içi ünsiyyət pozuqluğu, hava çirkliliyi, radiosiyaya məruz qalma , doğum vaxtı dərmanlardan istifadə , körpənin əmzirilme müddəti kimi bəzi faktorların genlərin dəyişmə sürətində təsirli olduğuna diqqəti çəkən Herken , buna qarşılıq genləri möhkəm birinin ekoloji faktorlar ailə içi mənfi  münasibətlər , fiziki və ya cinsi zədəyə məruz qaldığında ruh dünyasının dəyişdiyini və beynində qalıcı ziyanlar meydana gəldiyini bildirdi.

Ana ata sevgisinin , şəfqətin, tutumun , marağın uşağı ruhi xəstəliklərə qarşı qoruduğunu vurğulayan Həsən Herken , bunları qeyd etdi:


"Yəni geni sağlamkən mənfi ekoloji şərtlərə , psixoloji, bioloji və ictimai istiqamətdən pis şərtlərə məruz qalsanız ruhi xəstəlik inkişaf edə bilir. Genlərinizin narahatlığa uyğunluq meydana gətirəcək qisimlər varsa belə optimal ətraf şərtləri, möhkəm ana ata tutumları və dayanışmasıyla bu narahatlıq və ortaya çıxmır ya da çıxması gecikir. Onun üçün ' genlər mütləq təyin ' fikri artıq indiki vaxtda etibarlı deyil. Bunu dəqiq bir şəkildə söyləyə bilərəm. " 

понедельник, 18 ноября 2013 г.

Kalori yandırmanıza köməkçi,sadə və pulsuz...

Təəssüf ki, qadınlarımız üçün İdman fəaliyyətinin əsas məqsədini kilo idarəsi və zəifləmək təşkil edir.Halbuki ən əsas nöqtə sağlamlıq olmalıdır. 5 yaşındakı uşaqdan 65 yaşındakı yaşlı bədənə görə hər kəs  mütləq hərəkət içərisində olmadır. Amma günümüz şərtlərində hər keçən gün tənbəllik ön plana çıxır və dərhal sonra xəstəlik və kilo artımı meydana gəlir.
Xüsusilə qadınlar üçün çox daha əhəmiyyətli məsləhətlərimiz var.Çünki ən çox qadınlarımız onları narahat edən kilo məsələsini həll etmək yollarında idmana üstünlük verirlər.
İdman , hərəkət deməkdir. Belə ki, əsasən bədəniniz hərəkət etməlidir. Bununda ən təməl nöqtəsi ayaqlaridır .  
Yerimək mi qaçmaq mı ?
Məşq seçimi edərkən ən confusing qərarlardan biri yerimək qaçmaq ayrı seçkiliyidir.
Əvvəlcə yaş faktorunu nəzərə alaraq bir idman proqramı yaratmaq çox əhəmiyyətlidir
Qaçmaq , məcburedici və yorğun salıcı bir idman seçimidir. Hər gün həyata keçirmək çətindir,yeriməyə görə daha çox enerji sərf etməniz lazımdır. Professional dəstək almadığınız təqdirdə, sağlamlığınıza ciddi təsir edəcək şikayətlərə yol aça bilərsiniz. Unutmayın bu cür məcburedici məşqlər sizə faydadan çox zərər gətirərər.
Lakin əgər boş vaxtınız varsa, qaçmaqdansa gəzmək yaxşıdır. Bəzi qadınlar ev işləri görürlər. Ütü , qab-qacaq yuma və yemək etmə kimi. Halbuki bu fəaliyyətlər tam olaraq idman deyildir. Çünki ayaqlar az hərəkət etmişdir. Qadınların qol hərəkətlərindən çox ayaq hərəkətlərini artırması əsasdır. Bunun da ən sadə yolu yeriməkdir.Çox uzaq olmayan nöqtələrə getmək üçün nəqliyyat vasitələrini istifadə etmək yerinə yeriyərək getməyə üstünlük verin. Məsələn , alış-veriş edəcəyiniz market çox uzaq deyilsə evdən bir az erkən çıxın, alverdən sonra da evə yeriyərək dönün.
Həftədə 1-2 dəfə  supermarket , poçt və ya salona getmə işlərini yeriyərək edin. Özünüzü yeriməyə şərtləndirmək üzərinizdə təzyiq meydana gətirin. Hər yerə yeriyərək  getmək  həm sağlamlıqdılr, həm də üzərinizdə daha az stress meydana gətirər.  Əgər gün ərzində 45 dəqiqəlik yerişə ayıracaq zamanınız yoxsa,  bu müddəti 15 dəqiqəlik mini yeriş şəklində edə bilərsiniz. Bu vəziyyət sağlamlığınız üçün faydalıdır və ayrıca gün ərzində maddələr mübadiləsini yaxşılaşdırar,beləcə daha çox kalori yandırarsınız.
İnsanların çoxu stress ya da kafein səbəbiylə xroniki olaraq yuxusuzluqdan əziyyət  çəkir. İşdə bu nöqtədə yeriş etmək ən yaxşı yollardan biridir. Saat 16 ilə 19 arasında edəcəyiniz yeriş rahat bir yuxunuza səbəb olar.

Yerimənin daima etdiyiniz təqdirdə fayda təmin edən xüsusiyyətləri də vardır:

sümükləri gücləndirər
əzələləri qüvvətləndirər
ürəyi güclü saxlamaq üçün faydalıdır
diabet ,döş xərçəngi  və yüksək təzyiqə qarşı önləyicidir
Kalori yandırmanıza köməkçidir

Bir sözlə bədənin ən təbii məşqi "yürüştür". Yürüş xüsusi təchizat və dərs tələb etməyən, təhlükəsiz, sadə və pulsuz bir məşqdir.

ÇOX YÜRÜYÜN GÖZƏL QADINLARIMIZ!!!


пятница, 15 ноября 2013 г.

Arıqlamaq İstəyirsən?

Kilo vermək üçün hər yolu sınadınız amma yenə də nəticə eynimi? Budur tətbiq etməniz lazım olan qaydalar. Əgər diyet edir və bəslənmənizi salat, qızartma və diyet məhsullarla məhdudlaşdırır, çörəyi qısdığınız halda heç cür kilo verə bilmirsinizsə səhv yoldasınız! Aşağıdakı sadə təkliflərlə həyat tərzinizdə dəyişikliklər edərək arıqlaya bilərsiniz: 
• Ayaqda dayanaraq və ya gedərək daha çox zaman keçirin.• Ev və ya bağça işlərinə daha çox zaman ayırın.• Bir şey gətirib aparmaq üçün uşaqlarınızı göndərməyin• Hər gün nizamlı gediş edin. Həftə sonları park gedişləri və velosiped gəzintiləri edin, üzün.• Fürsət tapdıqca rəqs edin• İzləməkdən zövq aldığınız bir idmana başlayın.• Ev işi edərkən hərəkətli musiqilər dinləyin.• Pay atlamayın. Səhər qalxdığınızda görə biləcəyiniz bir yerə "nahar et" yazılı bir kağız asın. Naharı axşamdan hazırlayın. Nahar etmədiyinizdə hiss etdiklərinizi bir kağıza yazın.• Şirin yemək istədiyində bir stəkan su üçün və ya 100ə qədər sayın. Şirin yeməyə başlarsınızsa 15 dəfə dərin nəfəs alın.• Canınız yemək istədiyində özünüzü incə xəyal edin• Yeməyə başlamadan əvvəl 50-ə qədər sayın• Hər loxmadan sonra çəngəli əlinizdən buraxın və bir qurtum su için.• Yemək müddətini uzadın. Çünki toxluq duyğusu ən erkən 10, ortalama 20 dəqiqədə meydana gələr.• Qızartmalardan uzaq durun.• Çörəyə kərəyağı sürtməyin.• Sousları yeməyinizdən ayrı olaraq istəyin.• Yağsız tərəvəzləri seçin.• Kremli souslu yeməkləri seçməyin.• Bol su için.• Şirin yerinə, sıx yemədiyiniz bir meyvəni seçin.• Bir payda çox yersinizsə, bir sonrakı payı yalnız pendir və salat ya da qatıq və salat ilə ötürün. 

Sevərkən insanların görmə, eşitmə, toxunma və qoxu hissləri də güclənir.

Sevən insan gözlərindən bəlli olur deyirlər. Bilirsinizmi niyə? Çünki qarşılıqlı olan və doya-doya yaşanılan sevginin insana həm psixoloji, həm də fiziki təsirləri var. Bir-birini sevən çütlüklər həyata dahapozitiv baxır və bu onların üzlərinə təbəssüm şəklində yansıyır. İnsan sevəndə zehni daha yaxşı, orqanizmi isə daha güclü olur. Eyni zamanda aşiq insan daha az aqresivlik edir, ətrafa sadəcə xoş təsir bağışlayır.
Sevgi insanı həm də gözəlləşdirir. Bu isə özünü qadınlarda daha çox biruzə verir. Aşiq olan qadınların saçları daha gözəl olur, gözləri daha parlaq görünür. Bununla yanaşı, qadınlar sevərkən özlərinə daha çox diqqət yetirir və çalışırlar ki, sevdiyi insanın gözünə gözəl görünsünlər. 
Bütün bu proseslər isə sadəcə orqanizmdəki hormonların müsbət şəkildə “alt-üst” olması nəticəsində baş verir. Sevgi bədə


ndəki xoşbəxtlik hormonlarının fəaliyyətini gücləndirir. Yəni sevəndə “Endorfin” adlanan, insana rahatlıq verən hormon ifraz olunur və stress hormonları azalır. Bu insanın rahatğına, bədəninin tarazlıq qazanmasına, gündəlik həyatda fikrini məşğul edən bir çox şeylərdən uzaq durmasına səbəb olur. Bədənə tarazlıq verən hər şey isə birbaşa olaraq sağlamlığa da müsbət təsirini göstərir.

İnsanların yaz və yay aylarında daha çox aşiq olmalarının səbəbləri də bu vaxtlarda xəbərdaredici hormonların ifrazı ilə bağlıdır. Yəni hər bahar aşiq oluram kimi deyilən sözlər heç də yalan deyil.
Sevginin onun əsas xəbərdaredici nişanı olan ürəyin də fəaliyyətinə yaxşı təsiri var. Qeyd etdiyimiz kimi insan sevərkən ondakı stress hormonları azalır. Bu isə ürəyin sağlığında böyük rol oynayır. Bir çox mütəxəssislər sevginin beyində başladığını bildirsələr də, ürək cərrahları bunun tam əksinə olaraq deyirlər ki, “Beyin olanları qavrayana qədər, ürək ilk reaksiyanı verərək, sevginin fərqinə varmış olur.” Elə buna görə də insan sevərkən onun ürəyi yerindən çıxacaq kimi döyünür.
Amma bu o demək deyil ki, beyin sevgidən təsirlənmir. Sevgi və eşq beynin ən sağlıqlı vitamini hesab olunur. Sevgi beyindəki kimyəvi fəaliyyəti canlandırır, gücləndirir və aktiv edir. Hətta aşiq olmuş bir beyin ürəkdən daha sağlıqlıdır.
Sevginin sağlamlığa olan müsbət təsirləri bunlarla bitmir. Qeyd olunanlarla yanaşı, sevərkən insanların görmə, eşitmə, toxunma və qoxu hissləri də güclənir. Elə buna görə də, insan daha çox həssas olur, sevdiyilə bağlı bütün lazımsız sözlər, xırdalıqlar yaddaşında vacibmiş kimi yer alır.
Bütün bunlar sevginin insana fiziki və psixoloji təsirlərinin sadəcə üzdə olanlarıdır. Yəni gündəlik həyatımızda sevən insanlarda müşahidə etdiyimiz nüansları. Sevgi isə təkcə bu qeyd olunanlardan ibarət deyil. Amma insana aşiq olmaq, sevmək üçün bu qədəri belə kifayətdir. Sevin ki, üzünüzdə gülüş, simanızda xoşbəxtlik, gözlərinizdə canlılıq, bədəninizdə isə sağlam ruh olsun. Ən əsas isə sevin ki, həyatın hər anını doyasıya yaşaya biləsiniz.

Ancaq qadınlar üçün. Bu yazını kişilərin oxuması məsləhət görülmür..

Adətən hamilə qadının çox yeməyinə təbii baxırlar, deyirlər axı ikicanlıdır, iki nəfərin yerinə də yeməlidir. Qətiyyən belə deyil!!! Ələlxüsus da hamilə qadının öz çəkisi normadan artıqdırsa. «Hamiləyə iki nəfərlik yemək təklifi mərdimazarlıqdır» - amerikalı həkimlər xəbərdarlıq edirlər. 
«Mayami Herald» qəzetində Brendan Doyle bu barədə yazır.
Ekspertlər narahatdır ki, hamilələr arasında yuxarı çəkililərin sayı əməlli-başlı artmaqdadır. Artıq çəki qeysəriyyə kəsiklərinin sayını artırır, üstəlik, çox vaxt hamilənin «qazandığı» çəki doğuşdan sonra da qalır. Artıq çəki yarımçıq doğuşları da sürətləndirir, azçəkili, yaxud da əksinə, normadan kök uşaqların doğulmasına yol açır. 
ÇƏKİYƏ NECƏ NƏZARƏT ETMƏLİ
Çıxış yolu varmı? Həkimlər tövsiyə edirlər ki, kök qadınlar hamiləlik vaxtı 10 kilodan artıq kökəlməsinlər. 
Hazırda Amerikada hamiləlik vaxtı orta çəki artımı təxminən 15 kilodur. Bunu Kornel Universitetinin alimi Katlen Rasmussen deyir. Hamilələr üçün təklif olunan çəki hədləri isə bunlardır:
- Az çəkili qadınlar üçün: 14-20 kilo
- Normal çəkili qadınlar üçün: 13-17 kilo
- Yuxarı çəkililər üçün: 8-13 kilo
- Həddən artıq köklər üçün: 5-10 kilo
K.Rasmussen deyir ki, bu qaydalara əməl edən qadınların çəkisi normal qalır.
ÇƏKİNƏ BAX, HAMİLƏ QAL
Alimlər onu da təklif edirlər ki, uşağa qalmamışdan çəkini sağlam həddə gətirmək, həkimlə çəkini müzakirə etmək gərəkdir. Çünki ananın çəkisi həm özünə, həm də bətnindəki körpəyə təsir edir.
«Ən yaxşı uğur onda qazanılır ki, çəki qaydaları qadınlara fərdi uyğunlaşdırılsın. Qadınların şəxsi xüsusiyyətləri nəzərə alınmadan onlara təlimat verilməsi isə daha tez-tez baş verir» - bunu isə Şimali Karolina Universitetinin ana-uşaq sağlamlığı üzrə alimi Çapel Hill deyir. 
Bu, Amerika alimlərinin hamilə qadınlara məsləhəti. Bəs Azərbaycanda necə - hamilə çəkisinə nəzarət edirmi? Şərhinizi yazın.

Artıq çəkinizdən azad olun.

Yağları əridən kokteyllər arıtq kilolardan qurtulmaq üçün yaxşı vasitədir. Onlar metabolizmi tezləşdirir, aclıq hissini yatırır, orqanizmi vitamin və minerallarla zənginləşdirir.Evdə hazırlanması çox asan olan 5 kokteylin reseptini təqdim edirik:
Birinci reseptTərkibi: 1 kivi 2 dilim limon 7 budaq nanə 7 budaq cəfəri100 ml subal - zövqə və istəyə görəKivini təmizləyib xırdalayın, blenderə yığın. Limon, göyərti və suyu əlavə edib, yaxşıca qarışdırın. Qarışdıran kimi için. 
İkinci reseptTərkibi: 1/4 əd. qreyprut 
4 dilim ananas250 ml qatıq 30 q boranı tumu30 ml kokos yağı Qreypfrut və ananası təmizləyin, dilimləyib xırdalayın, blenderə yığın. Meyvələrə qatıq, boranı tumu, kokos yağı əlavə edərək yaxşıca qarışdırın. 
Üçüncü resept Tərkibi: 250 ml qatıq 1 çimdik qırmızı istiot 0,5 ç.q. zəncəfil0,5 ç.q. darçınBütün inqredientləri blenderdə qarışdırın. Hazır olan kimi için. Ən yaxşısı yuxudan əvvəl qəbul etməkdir. 
Dördüncü reseptTərkibi: 250 ml su1 ç.q. bal 1 ç.q. alma sirkəsi 1 budaq darçın Suyu bal və sirkə ilə qarışdırın, darçın əlavə edin. Bu kokteyli günün əvvəlində içsəniz, daha yaxşı olar. 
Beşinci reseptTərkibi: 200 q kərəviz 2 alma 0,5 laymın şirəsi100 ml su0,5 st. buz Kərəviz budaqlarını doğrayın, blenderə yığın, təmizlənib xırdalanmış alma və laym şirəsi əlavə edib çalın. Su əlavə edib yenə çalın. Sonra buz əlavə edin. Buz əvəzinə əlavə 100 ml su əlavə edə bilərsiniz. 
Sağlam olun!

четверг, 14 ноября 2013 г.

Sosiska sonsuzluq yarada bilərmi?

Harvarddan olan mütəxəssislər bildirirlər ki, kişilərin sevimli ət yeməkləri onları uşaqsız qoya bilər.Onların dediyinə görə, gün ərzində yarım pay bekon və qızardılmış sosislər yeyən kişilərin fertilliyi həddən artıq azalır.Araşdırma nəticəsində məlum olub ki, gün ərzində qızardılmış sosis yeyən kişilərdə spermotozoidlərin yalnız 5,5%-i düzgün formada olur. Az və nadir hallarda ət yeyən kişilər isə 7,2% aktiv, düzgün
formalı spermatozoidə malik olurlar.

Gəncliyi saxlamaq üçün unikal məsləhətlər

Etiraf edin sizin həqiqətən necə yaşınız var?Siz fikirə gedirsiniz, cavab verməkdə cətinlik cəkirsiniz.Dəfələrlə müşahidə etmisiniz ki, sizin məktəb və ya institut həmyaşıdlarınız yaşlarının eyni olmasına baxmayaraq xarici görkəmləri cox fərqlənir.Beləliklə biz “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olmasınayaxınlaşdıq,hər insanda bu pasportda və ya yaş kağızında kı (yəni xronoloji)kimi yox, müxtəlif olur.Professor Maykl Royzenə görə keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli o son dərəcə saglam həyat tərzi keçirir.Lakin prinsipcə mümkün olmayan hec bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakilardır.- Müntəzzəm olaraq qidalanmada tomatlardan(pomidor) istifadə etmək (souslar, qızardılmış şəkildə )kişilərə imkan verir ki, öz yaşından 1,9 il, qadınlar isə 0,8 il cavanlaşsınlar;-Hər gün 1 tablet aspirin qəbul etmək (yeməkdən sonra, 1 stakan su ilə qəbul etmək) 2,2 il yaşdan azaltmağa imkan verir;-30 dəqiqəlik təmiz havada gündəlik gəzinti 1,6 il yaşdan azaltmağa imkan verir;-Həftədə 30 dəqiqəlik güc tələb edən məşqlər və ya fiziki fəaliyyət 1,7 il yaşdan azaltmağa imkan verir;-Az miqdarda gündəlik şokolad yemək imkan verir ki, həyatı 1,3 il uzadasınız;-Qidada yalnız yaxşı yağların işlədilməsi həyata 3,4 il əlavə edir;-Gündəlik 5 müxtəlif meyvə yeyilməsi həyata 1,4 il əlavə edir;-Gündə istənilən qoz – fındıqdan 5-8 ədəd yeyilməsi imkan verir ki, həyatı 3 il uzadasınız;-Suda bişmiş, pörtlədilmiş və ya buxarda hazırlanmış balıqdan istifadə etmək ömrü 3 il uzatmağa imkan verir;-Qidada balanslaşdırılmış vitaminli məhsullardan istifadə etmək 3,3 il yaşdan azaltmağa imkan verir;-Gülüş əhəmiyyətli dərəcədə - 1,7 ildən 8 ilə qədər ömürü uzadır;-Fol turşusunun vitaminlərin tərkibində və ya ayrıca olaraq qida əlavələrində qəbul etmək ömürə 1,2 il əlavə edir;-Gündəlik B6 vitaminin qəbulu 0,4 il ömürə əlavə edilir;-Kalsi və kalsi ilə zəngin gida qəbulu 0,5 il ömürə əlavə edilir;-Ağız boşluğunu qaydada saxlamaq və hər 6 aydan bir stomatoloqda müayinədən kecmək - bu daha 6,4 il ömürə əlavə edilir;-Gündəlik səhər yeməyi- bu ömürə 1,1 il əlavədir;-Əlin yuyulması və qidanın yaxşı hazırlanması 0,4 il həyta əlavədir;-Keyfiyyətli, sağlam yuxu- 7 saat qadınlar üçün, 8 saat kişilər üçün. 3 ildən 12 ilə qədər əlavə ömürdür;-Güclü stress cox zərərlidir. Həyatda 3 katastrofik stress situasiya ömürü 32 il qısaltmağa qadirdir;-Normal cəkini saxlaya bilmək (qadınlar üçün ideal çəki onun 18 yaşındaki çəkisi, kişilər üçün isə 21 yaşındakı çəkisidir ) – 6 il həyat deməkdir;



среда, 13 ноября 2013 г.

Uşaqların boyunun uzanmasını istəyirsinizmi?

Uşaqların boyunun sürətlə uzanmasının sirri yaşıl yarpaqlı tərəvəzlərdə gizlənib. Boy uzanması genetik faktorlarla yanaşı, ətraf mühitlə də bağlıdır. Bu təsirlərin başında isə qidalanma yer alır. Türkiyəli dietoloq Yeşim İşgüzar, uşaqların boyunun sağlam uzanması üçün uşaqların inkişaf vaxtında nələr yeməli olduğunu bu cür sıralayıb:
Kalsium və fosfor sümüklərin inkişafına güclü təsir edir. Gündə 2 stəkan süd və ya süd məhsulları yedirin. 

Körpəlik çağından etibarən qidalanma tərkibində kalsium olan bitkilər yedirin. Buraya cəfəri, ispanaq və təzə nanə kimi yaşıl yarpaqlı tərəvəzlər daxildir. Boy uzanmasında proteinin də rolu vacib olduğu üçün hər gün 120 qram ət yedirin. 

Sümükləri gücləndirən və böyümə hormonuna müsbət təsir edən digər bir qida da balıqdır. Balığın tərkibi omeqa3 yağı ilə zəngindir. Həftədə ən az 2 dəfə yeyilməsi çox faydalıdır. Uşağınız balıq yemirsə, həkimin tövsiyəsi ilə balıq yağı tabletləri verə bilərsiniz. 
Ət sevməyən uşaqların protein qəbul etməsi üçün qidalanma rasionuna hər gün 1 porsiya paxla əlavə edin. Sink də böyümə və inkişafa müsbət təsir edən müxtəlif hormonları aktivləşdirən mineraldır. Hər gün bir ovuc qoz, fındıq, fıstıq sink ehtiyacını qarşılayır. 
Bədənin kifayət qədər D vitamini qəbul etməsi üçün günəş işığı da çox önəmlidir. 
B12 vitamini də boy uzanmasına təsir edən ünsürdür. 
Lazım olan vitamin və mineral qəbul etmək üçün hər gün 5 porsiya çiy tərəvəz və meyvə qəbul etmək lazımdır.


Oturaq işin fəsadları

 Bir sıra insanların işləmək üçün can atdıqları və rahat iş sandıqları «oturaq», başqa sözlə «ofis işləri»nin çox mənfi fəsadları var.

Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və tibbi profilaktika fakültəsinin dekanı, tibb elmləri namizədi Aydın Məmmədov bildirib ki, oturaq şəraitdə işləyənlər kompüterlə təmasda olduqda bu zərərlər daha da artır.
Onun sözlərinə görə, oturaq şəraitdə işləyənlərdə, xüsusilə qadınlarda çanaq boşluğu orqanlarında qan durğunluğu yaradır, mədə-bağırsaq sisteminin fəaliyyəti məhdudlaşır. Bunun da nəticəsində qəbizlik yaranır. Buna görə də bağırsaq möhtəviyyatında parçalanmış məhsullar qana sorulmağa və orqanizmi zəhərləməyə başlayır. Oturaq şəraitdə görülən iş nəticəsində həm qadınlarda, həm də kişilərdə düz bağırsaqda, yoğun bağırsağın çıxacağında baş verən durğunluq babasil xəstəliyinin inkişafına şərait yaradır. Digər tərəfdən, qadınlarda yumurtalığın və uşaqlığın fəaliyyətində durğunluq yarandıqda onların menstural fəaliyyətinə və hamiləlik zamanı dölün inkişafına zərərli təsir edir. Oturaq şəraitdə işləyənlərin aşağı ətraflarında daimi durğunluq olduğundan həmin nahiyələrdə venalarda qanın hərəkəti çətinləşir. Nəticədə varikoz genişlənmələr və digər patoloji damar xəstəlikləri yaranır.
Məmmədov deyir ki, oturaq pozasından və yaşdan asılı olaraq, belə işdə işləyənlərdə qozbellik, onurğa sütununda əyrilik, «toyuq döşlüyü» (sinənin önə verilməsi) meydana gələ bilər.