Artıq çəkinizdən azad olun.
Yağları əridən kokteyllər arıtq kilolardan qurtulmaq üçün yaxşı vasitədir. Onlar metabolizmi tezləşdirir, aclıq hissini yatırır, orqanizmi vitamin və minerallarla zənginləşdirir.Evdə hazırlanması çox asan olan 5 kokteylin reseptini təqdim edirik:
Birinci reseptTərkibi: 1 kivi 2 dilim limon 7 budaq nanə 7 budaq cəfəri100 ml subal - zövqə və istəyə görəKivini təmizləyib xırdalayın, blenderə yığın. Limon, göyərti və suyu əlavə edib, yaxşıca qarışdırın. Qarışdıran kimi için.
İkinci reseptTərkibi: 1/4 əd. qreyprut
4 dilim ananas250 ml qatıq 30 q boranı tumu30 ml kokos yağı Qreypfrut və ananası təmizləyin, dilimləyib xırdalayın, blenderə yığın. Meyvələrə qatıq, boranı tumu, kokos yağı əlavə edərək yaxşıca qarışdırın.
Üçüncü resept Tərkibi: 250 ml qatıq 1 çimdik qırmızı istiot 0,5 ç.q. zəncəfil0,5 ç.q. darçınBütün inqredientləri blenderdə qarışdırın. Hazır olan kimi için. Ən yaxşısı yuxudan əvvəl qəbul etməkdir.
Dördüncü reseptTərkibi: 250 ml su1 ç.q. bal 1 ç.q. alma sirkəsi 1 budaq darçın Suyu bal və sirkə ilə qarışdırın, darçın əlavə edin. Bu kokteyli günün əvvəlində içsəniz, daha yaxşı olar.
Beşinci reseptTərkibi: 200 q kərəviz 2 alma 0,5 laymın şirəsi100 ml su0,5 st. buz Kərəviz budaqlarını doğrayın, blenderə yığın, təmizlənib xırdalanmış alma və laym şirəsi əlavə edib çalın. Su əlavə edib yenə çalın. Sonra buz əlavə edin. Buz əvəzinə əlavə 100 ml su əlavə edə bilərsiniz.
Sağlam olun!
Комментариев нет:
Отправить комментарий