среда, 13 ноября 2013 г.

Oturaq işin fəsadları

 Bir sıra insanların işləmək üçün can atdıqları və rahat iş sandıqları «oturaq», başqa sözlə «ofis işləri»nin çox mənfi fəsadları var.

Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və tibbi profilaktika fakültəsinin dekanı, tibb elmləri namizədi Aydın Məmmədov bildirib ki, oturaq şəraitdə işləyənlər kompüterlə təmasda olduqda bu zərərlər daha da artır.
Onun sözlərinə görə, oturaq şəraitdə işləyənlərdə, xüsusilə qadınlarda çanaq boşluğu orqanlarında qan durğunluğu yaradır, mədə-bağırsaq sisteminin fəaliyyəti məhdudlaşır. Bunun da nəticəsində qəbizlik yaranır. Buna görə də bağırsaq möhtəviyyatında parçalanmış məhsullar qana sorulmağa və orqanizmi zəhərləməyə başlayır. Oturaq şəraitdə görülən iş nəticəsində həm qadınlarda, həm də kişilərdə düz bağırsaqda, yoğun bağırsağın çıxacağında baş verən durğunluq babasil xəstəliyinin inkişafına şərait yaradır. Digər tərəfdən, qadınlarda yumurtalığın və uşaqlığın fəaliyyətində durğunluq yarandıqda onların menstural fəaliyyətinə və hamiləlik zamanı dölün inkişafına zərərli təsir edir. Oturaq şəraitdə işləyənlərin aşağı ətraflarında daimi durğunluq olduğundan həmin nahiyələrdə venalarda qanın hərəkəti çətinləşir. Nəticədə varikoz genişlənmələr və digər patoloji damar xəstəlikləri yaranır.
Məmmədov deyir ki, oturaq pozasından və yaşdan asılı olaraq, belə işdə işləyənlərdə qozbellik, onurğa sütununda əyrilik, «toyuq döşlüyü» (sinənin önə verilməsi) meydana gələ bilər.

Комментариев нет:

Отправить комментарий